Zaqatalada avtomobil aşıb, xəsarət alan var - FOTO

HADİSƏ

21 Sentyabr 2022 | 13:46

1565 dəfə oxunub

Zaqatalada yol qəzası baş verib.

REYD-in şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Mustafa Yusif oğlu Süleymanovun idarə etdiyi “Opel Zafira” markalı, 62 BL 339 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib, daha sonra bağa aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Mustafa Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023