Ağacları zədələyən şirkətlə bağlı sənədlər məhkəməyə göndərilib

HADİSƏ

21 Sentyabr 2022 | 16:12

1420 dəfə oxunub

Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

REYD xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Kristal AA İnşaat" MTK tərəfindən qazıntı işlərinin aparıldığı və 2 ağacın zədələnərək quruduğu müəyyən edilib.

Faktla bağlı MTK barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xidmət rəsmisinin sözlərinə görə, tikinti ətrafındakı ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunub.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023