Rusiya XİN Azərbaycanın separatçıları həbs etməsinə münasibət bildirib: Onlar Ermənistan vətəndaşlarıdır

SİYASƏT

04 Oktyabr 2023 | 17:19

2366 dəfə oxunub

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağdakı qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyanın həbs edilməsinə münasibət bildirib.

REYD-in Moskva müxbiri xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskvanın bu məsələ ilə bağlı hansısa tədbir görüb-görməyəcəyinə dair sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib.

“Siz deyəsən qarışdırırsınız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova onlardan birinin (Ruben Vardanyan-red) Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini xatırladıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023