Ağstafada qaz təchizatında fasilə yaranacaq

ÖLKƏ

20 Sentyabr 2022 | 13:51

1673 dəfə oxunub

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, 21.09.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən REYD-ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023