Astarada avtobus işıq dirəyinə çırpılıb, xəsarət alan var

HADİSƏ

20 Sentyabr 2022 | 17:33

1570 dəfə oxunub

Astarada sərnişin avtobusu qəzaya düşüb.

REYD-in cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şahagaci kəndi ərazisində baş verib. Avtobusda yaranan texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və maşın yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin nəticəsində avtobus deformasiyaya uğrayıb.

Hadisə baş verən anda avtobusda sərnişin olmayıb. Sürücü, 1961-ci il təvəllüdlü Camal Kamal oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Kəllə-beyin travması alan sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023