Azərbaycan kakao ixracını avqustda kəskin artırıb

İQTİSADİYYAT

20 Sentyabr 2022 | 14:20

1450 dəfə oxunub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 58 121,81 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

REYD-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 5,5% artıb.

Bu ilin iyul ayı ilə müqayisədə isə avqustda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 4 080,14 min dollar və ya 86,8% artıb. Avqust ayında ölkəyə 8 780,62 min dollar dəyərində kakao məhsulları idxal olunub.

Cari ilin ilk səkkiz aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,66%-ə bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 6 336,81 min dollar təşkil edib ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,4 dəfə çoxdur.

Cari ilin yanvar-avqust aylarında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023