“Bakcell” və “Nar” operatorlarının şəbəkələrində problem yarandı

ÖLKƏ

21 Sentyabr 2022 | 19:52

1539 dəfə oxunub

Bu gün axşam saatlarından Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

"Bakcell" şirkətindən REYD-ə verilən məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır:

"Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb. Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".

"Nar" mobil şirkətindən verilən məlumatda bildirilir: 

"Texniki çətinlik ilə əlaqədar  şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranmışdır. Hazırda heyətimiz  xidmətlərimizin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.  

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək".

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023