Qırğızıstan millisi Azərbaycana gələ bilmədi

İDMAN

19 Sentyabr 2022 | 17:50

2304 dəfə oxunub

Bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

REYD AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu baş tutmayacaq. Buna səbəb Qırğızıstan millisinin Azərbaycana səfər edə bilməməsidir.
 
U-21 sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023