Yaponiyada qasırğadan zərər çəkənlərin sayı artıb

DÜNYA

20 Sentyabr 2022 | 08:33

1547 dəfə oxunub

Yaponiyada Nanmadol qasırğasından zərər çəkənlərin sayı 120 nəfəri keçib.

REYD-in xəbərinə görə, bu barədə NHK telekanalı məlumat yayıb. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.Hazırda qasırğa Sakit okean sahili boyunca 75 km/saat sürətlə irəliləyir. Küləyin sürəti episentrdə bəzən 35 m/saniyəyə çatır. Ölkənin əksər ərazilərində sürüşmə və daşqın riski mövcuddur. Bəzi prefekturalarda leysan yağıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023